“BakıKart” bunu asanlıqla tətbiq edə bilər, amma..." - İctimai nəqliyyatda niyə aylıq abunəli tarifə keçilmir?

“BakıKart” bunu asanlıqla tətbiq edə bilər, amma...

“Bütün dünya neçə ildir, abunə üsuluna keçib, hətta avtomobildəki opsiyalar da abunə ilə satılır. ABŞ-da UBER də abunə təklif edir. Amma bizdə hələ də tətbiq edilmir”.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev deyib. O, qeyd edib ki, gediş haqqının 10 qəpik artması ondan istifadə edənlərinin büdcəsinə ciddi təsir edəcək:

 

“Vətəndaş orta hesabla səhər işə, axşam evə gedib-gəlirsə, aya 6 manat əlavə xərc olacaq, 2 marşrut dəyişirsə, 12 manat. Dünyanın çox ölkəsində nəqliyyat üçün sabit aylıq ödəniş nəticəsində limitsiz gediş imkanı var. Məsələn, ayda “x” manat ödəyib bütün nəqliyyat növlərindən ay ərzində istifafə edə bilirsən. Bunun xeyiri nədir? Sərnişin aylıq stabil büdcədən pul ayırıb qənaət edir, hər dəfə balans artırmaq məcburiyyətində qalmır. “BakıKart”  hər ay müştərisindən stabil ön ödəniş alır. Məbləğ xırda-xırda deyil, birdən gəlir. Yığılan bu pul ilə əlavə gəlir əldə etmək olar. Misal üçün, bankla razılaşıb, hesabındakı qalığa gündəlik faiz ala bilər. Terminal saylarının artırılmasına ehtiyac qalmır, bu da pula qənaətdir. Aylıq abunəni onlayn, yaxud mobil tətbiqlə qəbul etməyi də sınamaq olar”.

 

Ekspert qeyd edib ki, “BakıKart”ın bunu tətbiq etməsi o qədər də çətin deyil:

 

“Bir neçə ildir “QR” kod ilə ödəməni anons edirlər, amma hələ də tətbiq edilmır. Vebsaytlarında yaxın zamanda mobil tətbiqin istifadəyə veriləcəyini yazıblar. Ona pul xərcləməkdənsə, bank kartının kontaksız ödəməsini tətbiq etmək, “Apple Pay” və “GooglePay” qoşmaq daha məqsədəuyğun olardı. Demək olar ki, hamının ən azı maaş kartı var”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR