Son 100 ildə Türkiyədə baş vermiş ən dağıdıcı zəlzələlər - SİYAHI

Son 100 ildə Türkiyədə baş vermiş ən dağıdıcı zəlzələlər - SİYAHI

Xəbər verdiyimiz kimi, Türkiyədə 7,4 maqnitudalı zəlzələ olub. Təbii fəlakət nəticəsində çoxsaylı ölən və yaralananlar var.

 

Ərazisi demək olar ki, bütünlüklə qırılma xətləri üzərində olan Türkiyədə təkcə ötən il 33 824 zəlzələ qeydə alınıb. 2020-ci ildə 4 və daha yuxarı bal gücündə zəlzələlərin sayı isə 322 olub.

 

Sfera.az Türkiyə tarixində son yüz ildə xüsusi iz buraxan zəlzələlərin siyahısını təqdim edir:

 

9 avqust 1912-ci ildə 7,3 bal gücündə "Mürefte zəlzələsi", 18 noyabr 1919-cu ildə 7 bal gücündə "Ayvalık zəlzələsi", 7,6 bal gücündə "Hakkari zəlzələsi" baş verib.

 

 

17 avqust 1999-cu ildə yerli vaxtla saat 03:02-də 7,4 bal gücündə və 45 saniyə davam edən Gölcük zəlzələsi təkcə Kocaelidə deyil, həm də ətraf ərazilərdə hiss olunub, Ankaradan İzmirə və Mərmərəyədək davam edib. Bu, Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır. Təbii fəlakət zamanı rəsmi olaraq 17 min 118 nəfərin öldüyü, 25 minə yaxın insanın yaralandığı açıqlanıb. Zəlzələdən ən çox zərər görən Kocaeli olub. Bu bölgədə 9 min 477 nəfər həyatını itirib, 9 min 881 nəfər isə yaralanıb. Zəlzələ zamanı 285 211 ev və 42 902 iş yeri zərər görüb.

 

12 Noyabr 1999-cu il Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 adam həyatını itirib, 2 min 679 adam yaralanıb, minlərlə adam evsiz qalıb. Düzce Fövqəladə Hallar və Təcili Yardım Müdirliyinin məlumatlarına görə, 1999-cu ildə baş verən zəlzələlərdə Düzcedə 16 666 ev və 3 837 iş yeri ciddi ziyan görüb.

 

 

Türkiyədə XXI əsrin ilk böyük zəlzələsi isə Bingöldə qeydə alınıb. Belə ki, 2003-cü il mayın 1-də yerli vaxtla saat 03:27-də baş vermiş və Türkiyənin şərqini əhatə edən zəlzələ 6,4 bal gücündə olub. Zərərçəkmiş ərazidə ən azı 176 nəfər həlak olub, 625 bina dağılıb və ya ciddi şəkildə zədələnib.

 

 

2011-ci il  23 oktyabrında və  9 noyabr tarixlərində Vanda episentr gücü 5,6 bal və 7,2 bal gücündə olan zəlzələlər qeydə alınıb. Baş vermiş zəlzələlərdə 601 nəfər həyatını itirib, 1966 nəfər yaralanıb və 252 nəfər dağıntılar altından xilas edilib.

 

 

2020-ci il 24 yanvar tarixində isə yerli vaxtla saat 20:55-də Elazığın Sivrice rayonu Çevrimtaş kəndi ətrafında 6,8 bal gücündə, dərinliyi 8,05 km olan zəlzələ baş verib. Zəlzələdə 41 adam həyatını itirib, mindən çox adam yaralanıb. Türkiyənin hər yerindən qrupların iştirak etdiyi axtarış-xilasetmə əməliyyatları zamanı 45 nəfər dağıntılar altından çıxarılıb.

 

 

2020-ci il 30 oktyabrda isə İzmirin Seferihisar mahalında 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 16,54 kilometr dərinliyində baş verib. Nəticədə 116 nəfər həyatını itirib, 1034 nəfər yaralanıb.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR