Yanvarda qeyri-neft mallarının ixracı artıb – YENİ RƏQƏMLƏR

Yanvarda qeyri-neft mallarının ixracı artıb – YENİ RƏQƏMLƏR

Azərbaycanın qeyri neft-qaz məhsullarının ixrac dəyəri 2023-cü ilin yanvarında 22,6 faiz artaraq 284,53 milyon dollara çatıb.


Sfera.az Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu ilin yanvarındakı ixrac həcmi bir il əvvəlki göstəricidən 52 milyon dollar çoxdur. Ötən ilin yanvarında qeyri neft-qaz mallarının ixrac dəyəri 232 milyon dollar idi. 


Xatırladaq ki, 2022-ci ildə qeyri neft-qaz mallarının ixrac dəyərində rekord göstərici qeydə alınıb. Ötən il ixrac 3,047 milyard dolları ötməklə ən yüksək göstəriciyə çatıb.
Buna görə də, cari ildə ixracdakı artımın davam etməsi müsbət haldır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR