Çindən ABŞ-yə SƏRT ETİRAZ: "Ciddi zərbə...”

Çindən ABŞ-yə SƏRT ETİRAZ:

Çin Xarici İşlər Nazirliyi ABŞ-yə hava şarının vurulması ilə bağlı ciddi etiraz edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Xie Feng bununla əlaqədar ABŞ səfirliyinin məsul şəxsinə öz narazılığını bildirib.

 

"Çin hakimiyyəti baş verən vəziyyəti diqqətlə izləyir. Birləşmiş Ştatlar bu cür hərəkətləri ilə Bali görüşündən sonra Çin-ABŞ münasibətlərinin sabitləşməsinə yönəlmiş səylərə ciddi zərbə vurdu”, - Çin XİN-in bəyanatında deyilib.

 

Qeyd edək ki, şənbə günü ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə Cənubi Karolina sahillərində Çinin “kəşfiyyat şarı” vurulub.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR