ABŞ-ın dollar hegemonluğu sona çatır? - SƏBƏB

ABŞ-ın dollar hegemonluğu sona çatır? - SƏBƏB

ABŞ-nin dollar hegemonluğu çökə bilər.

Sfera.az bildirir ki, bu iddia ilə çinli analitiklər çıxış ediblər. “Global Times”ın xəbərinə görə, buna səbəb Rusiya aktivlərinin Ukraynaya qanunsuz ötürülməsidir.

 

Analitiklərin fikrincə, Kiyev rejiminin xeyrinə edilən “oğurluq” dünya ictimaiyyətinin Vaşinqtona inamını müddət sarsıdacaq.

 

“Bu, ABŞ-da ehtiyat aktivlərini saxlayan istənilən ölkənin onları itirə biləcəyinə dair güclü siqnaldır. Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları BMT-nin icazəsi olmadan həyata keçirilən qeyri-qanuni birtərəfli hərəkətlərdir. İndi isə rusların şəxsi aktivlərinin başqasına ötürülməsi ABŞ-nin “soyğunçu” mahiyyətindən şəkildə xəbər verir”.

 

Çinin məşhur nəşri olan “Global Times”da dərc olunan yazıya əsasən, bir çox ölkələr ABŞ-dən öz aktivlərini çıxarmaq qərarına gələ bilər: “Bu da müvafiq olaraq ölkə iqtisadiyyatına və dollar siyasətinə təsir göstərəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR