Lotu Qulinin yaxın adamının cəzası azaldıldı

Lotu Qulinin yaxın adamının cəzası azaldıldı
 
Bu gün Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə keçirilib.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarı ilə onun cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb, Rusiyada verilən 21 il azadlıqdan məhrum edilmə cəzası 1 il azaldılıb
Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.
 
O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.
E.Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.
"Siqan” hazırda Qobustan həbsxanasında cəza çəkən Lotu "Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarındadır. Rusiya saytları yazır ki, Elmir Məmmədov, habelə Samin Paşayev (Kikbokser), Rüstəm Əliyev (Alyoşa), Tural Nəcəfov (Paşa Dvijeniya), Nazim Əzizov və Vilayət Məmmədov (Paroxod) 2008-ci ildə məhz "Quli”nin tapşırığıyla Rusiyaya gedib.
Məlumatda deyilir ki, bu dəstəyə "Paraxod” başçılıq edirmiş. Əsasən Moskvada yaşayan və çalışan azərbaycanlı iş adamlarına hədə-qorxu gələn "Paraxod” və dəstəsi onlardan bu yolla pul tələb edirmiş.  Həmin adamlara ""Quli”dən "salam” çatdıran dəstə qısa müddətdə bir neçə iş adamından külli miqdarda pul qopara bilib.
2009-cu ildə isə dəstə üzvləri artıq uzaq Sibirdə yaşayan azərbaycanlı iş adamlarından pul almağa başlayıb. Onların istədiklərini rədd etmiş iş adamı, Krasnoyarskdakı Azərbaycan diasporunun lideri Rafiq Məmmədov isə sonradan qətlə yetirilib.
 
Qeyd olunan dəstə 2010-cu ildə Moskvadakı avtosalon sahiblərindən birinin oğlunu qaçırıb və iş adamından 1.5 milyon dollar pul tələb edib. Salonun azərbaycanlı sahibi oğlunu xilas etmək üçün həmin pulu verir. Bir müddət sonra başqa bir azərbaycanlı iş adamından hədə yoluyla 7 milyon dollar alırlar. Məhz bu hadisədən sonra yerli polis onların izinə düşə bilir. Daha doğrusu, "Siqan” ləqəbli Elmir Məmmədovun izinə düşən polis dəstə üzvlərini həbs edə bilir.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...