"Fənərbaxça" azarkeşlərinin 1 apreldə qaldırdığı pankartın maraqlı hekayəsi

2000-ci ildə "Qalatasaray"ın liqada bütün rəqiblərini diz çökdürməsi, əcnəbi rəqiblərini bir-bir Avropaya göndərməsi ilə bağlı maraqlı hadisə baş verib.



Sfera.az bu maraqlı hadisənin təfərrüatlarını təqdim edir.



2000-ci il aprelin 1-də "Fənərbaxça" azarkeşləri Şükrü Saraçoğlu stadionunda "Antalyaspor"a qarşı zarafatyana pankart açmışdılar.


“Qalatasaray” 1996-97, 1997-98, 1998-99-cu illərdə Superliqa çempionu olub, 2000-ci ildə isə bütün zolaqlarda tam cilovla yoluna davam edib.
 

Ardıcıl 3 il çempionluq qazanan “Qalatasaray” 4-cü çempionluq üçün qollarını suvamış və UEFA Kubokunun yarımfinalında “Lids Yunayted”lə qarşılaşmışdı.
 

“Lids Yunayted” matçı 6 aprel 2000-ci ildə oynanılmalı idi. 2000-ci il aprelin 1-də "Fənərbağça" doğma meydanda "Antalyaspor"u qəbul edib.
 

Zdenek Zemanın rəhbərliyi altında “Fənərbaxça” 1999-2000 mövsümünü 4-cü bitirəcəkdi. Aprelin 1-də “Fənərbaxça” “Antalyaspor”la qarşılaşdı və azarkeşlər “Qalatasaray” üçün pankart açdılar.
 

Həmin pankartda “Qalatasaray” UEFA Kubokunda uğurlar arzulasa da, sarı-tünd göy hissədə “1 aprel” qeydi əlavə edilib.


Həmin pankartdan sonra yarımfinalda "Lids Yunayted"i məğlub edən "Qalatasaray" finalda "Arsenal"ı məğlub edərək UEFA Kubokunu qazanıb.
 

Kifayətlənməyən “Qalatasaray” Superliqa və Türkiyə Kubokunun çempionu olub.


“Qalatasaray” daha sonra 2000-ci il avqustun 25-də “Real Madrid”i məğlub edib və Superkuboku öz muzeyinə aparıb. “Fənərbaxça” azarkeşlərinin zarafat kimi açdığı pankart “Qalatasaray”a şans gətirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR