Lavrov Ermənistana gedəcək
Dünya
16:33 / 06.10.2016
1239
14 oktyabrda Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin şura iclası keçiriləcək. İclasda Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək.
İclasda şuraya üzv olan dövlətlər arasında əməkdaşlıq sisteminin daha da təkmilləşdirilməsinin aktual aspektləri, hərbi əməkdaşlığın inkişafı, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq və regional təhlükəsizlik məsələləri, kollektiv təhlükəsizlik təşkilatının üzvü olan dövlətlərin başçılarının təsdiqinə çıxarılacaq sənədlər müzakirə ediləcək.