Xocalıda QƏZA: Şirkət maşını dərəyə aşdı

Xocalıda QƏZA: Şirkət maşını dərəyə aşdı

Xocalıda avtomobil dərəyə aşıb, şirkət əməkdaşı xəsarət alıb.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

O deyib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonunun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

 

Araşdırmalar zamanı məlum olub ki, "Gədəbəy Sular" MMC-də sürücü işləyən, Bərdə rayon sakini Mahir Sadıqov idarə etdiyi "Hyundai" markalı yük avtomobillə idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişin, həmin MMC-də satış müdiri işləyən, Bərdə rayon sakini Hüseyn Məmişov müxtəlif bədən xəsarətləri alıb.

 

Yaralıya ilkin tibbi yardım göstərilib və Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirib.

 

Faktla bağlı araşdırma aparılır


OXŞAR XƏBƏRLƏR