Bakıda 15 yaşlı qız itkin düşüb

Cəmiyyət
10:30 / 04.02.2023
12233
Bakıda gənc qız itkin düşüb.
Sfera.az xəbər verir ki, hadisə fevralın 2-də paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü İskəndərova Sevanə Samir qızı heç kəsə bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bununla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.