Bu gün görkəmli alim Lütfi Zadənin doğum günüdür

Bu gün görkəmli alim Lütfi Zadənin doğum günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür.

 

Sfera.az xatırladır ki, alimin anadan olmasının 102-ci ildönümüdür.

 

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr və doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

 

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

 

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.

 

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da vəfat edib. Onun cənazəsi ABŞ-dən Azərbaycana gətirilərək I Fəxri xiyabanda dəfn edilib.

 

Xatırladaq ki, 2021-ci ildə Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi ilə birlikdə Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdı.


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən p...

“TikTok” 530 milyon avro cərimələndi: İstifadəçi məlumatlarını Çinə ötürüb

Avropa İttifaqının (Aİ) fərdi məlumatların tənzimləyicisi “TikTok” sosial media platformasını istifadəçi məlumatlarını Çinə ötürdüyünə və şəffaflıq ...

Zakir Həsənov Afyoncu ilə görüşdü - VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştira...

İordaniyada gözlənilməz sel: 1880-ə yaxın turist...

İordaniyada tarixi Petra abidələrinin yerləşdiyi məkan gözlənilmədən sel sularına məruz qalıb. Hadisə zamanı orada olan 1800-ə yaxın xarici turist təxliyə edili...

BMT-nin Əhali Fondunun Azərbaycandakı fəaliyyəti başa çatıb

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.   Sfera.az xəbər verir ki, bu barədə təşkil...

Fəridlə Nagehan boşanıb

Bloger cütlük Fərid və Nagehan Abdullayevalar ayrılıb.   Sfera.az xəbər verir ki, bu haqda Nagehan "Elgizlə izlə" verilişində deyib. O...