Meli Bendeli: "Translıqdan bezmişəm"

Meli Bendeli:

Çukur serialındakı "Timsah Celil" obrazı ilə tanınan Ahmet Melih Yılmaz cinsiyyətini dəyişərək Meli Bendeli adını almışdı. 

 

Sfera.az bildirir ki, Bendeli bu prosesin onu yorduğunu bildirib.

 

Yeni həyatında Meli Bendeli adını alan aktrisa Selim Akarın Youtube-da yayımlanan proqramının qonağı olub. Bendeli cinsiyyətin dəyişdirilməsi prosesindəki təcrübələri haqqında səmimi etiraflar edib.

 

Dəyişiklik prosesinin çox baha başa gəldiyini ifadə edən Bendeli, “Bunlar xərc məsələsidir, aylıq 1500 TL hormonal xərcim var. Vaxtı, şəraiti gözlədim, gözləyərkən də 30 yaşıma çatdım”.

 

Hələlik qadın şəxsiyyətinin olmadığını deyən aktrisa maddi vəziyyəti imkan verdikdə Taylanda gedib əvəzedici əməliyyat etdirmək istədiyini də bildirib.

 

Meli Bendeli çıxışına bu sözlərlə davam edib:

 

“Hələlik rəsmi qadın kimliyim yoxdur, xaricdə hər şey qaydasındadır, amma Türkiyədə şuralara girməliyəm. Transseksuallığın qaranlığında itib-batmaq, gecələr gələn kişilərlə sevgili olmaq istəmirəm. Mümkünsə, pulum olsaydı, Taylanda gedib bu işi görərdim. Bu yer çox yorucudur. Şəraitim olsaydı, bu işi yarımçıq qoymazdım, translıqdan bezmişəm”-deyib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR