Ukraynaya “Leopard 1” tankları da veriləcək

Ukraynaya “Leopard 1” tankları da veriləcək

Almaniya Nazirlər Kabineti “Leopard 1” tanklarının Ukraynaya ixracına icazə verib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit jurnalistlərə bildirib. 


Hebeştreit də belə bir tələbin kimdən gəldiyini açıqlamayıb. 


Qeyd edək ki, Almaniyanın silahlı qüvvələri “Leopard 1”dən istifadə etmir. Əvvəllər mətbuatda Almaniyanın müdafiə müəssisələrinin belə tanklar göndərə biləcəyi haqda məlumatlar yer alırdı. Yanvarın 25-də ABŞ 31 M1 Abrams tankını Kiyevə köçürmək niyyətində olduqlarını açıqladı. Həmin gün Almaniya hökuməti Ukraynaya 14 “Leopard 2” tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR