“Putin öz bunkerində devrilə bilər” - Açıqlama

“Putin öz bunkerində devrilə bilər” - Açıqlama

“Vladimir Putinin Ukraynaya taktiki nüvə hücumu bunkerdə devrilməsi ilə nəticələnə bilər”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Putinin Volqoqrada “nüvə çamadanı” ilə gəlməsi barədə danışarkən deyib. O, həmçinin qeyd edib ki, Rusiya lideri həm də Stalinqrad döyüşünün anım ildönümünə gəlməsi ilə Qərbə də mesaj verib:

 

“Bu, 1943-cü ildə SSRİ-nin ciddi itkilər verməsinə baxmayaraq, Stalinqradı azad etməsi fonunda Almaniyaya qarşı döyüşdə dönüş yaratması mesajdır və məhz Qərbə ünvanlanıb. Ukraynada ciddi itkilərin olmasına rəğmən, Rusiya döyüşü davam etdirir və qalib gəlməyincə geri addım atmayacağını nümayiş etdirir. Putinin Volqoqrada gəlişi və Stalinqrad döyüşünü anması Moskvanın geri addım atmayacağını göstərir”.

 

Politoloq bildirib ki, Rusiya prezidenti ötən gün Qərbi nüvə silahı ilə təhdid edib və bu gün “nüvə çamadanı” ilə gəlirsə, deməli, blef etmir:

 

“Putin Qərbin Ukraynaya verdiyi ağır silahların döyüşün taleyini Kiyevin leyhinə dəyişdirəcəyindən narahatdır. O, Ukraynanı taktiki nüvə silahı ilə vuracağından çəkinməyəcəyini nümayiş etdirir. Putinin buna getməsi mümkündür. Amma, bu, onun bunkerdə devrilməsi ilə nəticələnə bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR