“Lavrovun açıqlaması göstərir ki, Rusiya Ukraynadan sonra bu ölkəni hədəf alacaq" - ŞƏRH

“Lavrovun açıqlaması göstərir ki, Rusiya Ukraynadan sonra bu ölkəni hədəf alacaq

“Rusiya Ukraynadan sonrakı hədəfini müəyyənləşdirib”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

 

O, Rusiya XİN başçısı Sergey Lavrovun verdiyi açıqlamanı xatırladıb:

 

“Lavrov bu açıqlamasında Ukraynadan sonra digər anti-Rusiya mövqeli dövlət olaraq Moldovanı və onun rəhbəri Maria Sandunu göstərdi. Yəni nazirin deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq. Lavrov həm də bildirib ki, Moldova da NATO-ya daxil olmaq istəyir. Görünənlər ondan ibarətdir ki, Qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır və onun qarşısını almaq üçün Ukraynaya məcburi də olsa, dəstək verməli olacaqlar”.

 

Ekspert qeyd edib ki, Qərb dövlətləri Ukraynaya kifayət qədər dəstək verməsələr, itkiləri ondan az olmayacaq:

 

“Fikrimcə, ABŞ tərəfi də bütün bu itkilərin nə dərəcədə və hansı vəziyyətdə olduğunu hesablayıb. Həmçinin ABŞ-nin Ukraynaya tətbiq etdiyi Lend-Liz, yəni Ukraynaya silah-sursat, hərbi texnika və umanitar yardım qərarının da qüvvədə qalacağını düşünürəm”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR