“Mərkəzi Banklar faizləri endirməməlidir” – Beynəlxalq Valyuta Fondu

“Mərkəzi Banklar faizləri endirməməlidir” – Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu (BVF) mərkəzi banklara çağırış edib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, BVF faizləri uzun müddət yüksək səviyyədə saxlamağı tövsiyə edib. 


BVF bildirib ki, mərkəzi banklar inflyasiyanın hədəf səviyyəyə qaytarılması və qiymətlərdə yenidən artımın qarşısını almaq üçün faiz dərəcələrini daha uzun müddət və daha yüksək səviyyədə saxlamalıdır. 


Beynəlxalq maliyyə qurumu hesab edir ki, indiki dövrdə faizlər endirilərsə, bu, inflyasiyanın kəskin yüksəlməsi riskini yarada bilər. Qurum hesab edir ki, mümkün risklərdən yayınmaq üçün faizlər hələ bir müddət yüksək həddə saxlanmalıdır.


Vasif

 


OXŞAR XƏBƏRLƏR