Senatorlar Baydenə məktub göndərdilər – Ərdoğandan şikayət

Senatorlar Baydenə məktub göndərdilər – Ərdoğandan şikayət

ABŞ senatorları Ağ Ev rəhbərinə Türkiyə ilə bağlı məktub göndəriblər.

 

Sfera.az bildirir ki, buna səbəb prezident Rəcəp Tayyip Ərdoğanın İsveç açıqlaması olub.

 

Belə ki, 27 senator İsveçin NATO-ya üzv olmasına Türkiyə tərəfindən veto qoyulmasını pisləyib. “CNN İnternational”ın xəbərinə görə, sözügedən rəsmilər prezident Co Baydendən İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təsdiqlənənə qədər Türkiyəyə “F-16”ları satmamağı tələb ediblər.

 

İsveç və Finlandiyanın üçlü razılaşmanın şərtlərini yerinə yetirdiyini müdafiə edən senatorlar Ukrayna müharibəsinin davam etdiyi kritik bir zamanda Türkiyənin addımını “NATO birliyinə təhdid” kimi qiymətləndiriblər.

 

“Türkiyə iki ölkənin üzvlüyünə razılıq verməsə, “F-16”lar da daxil olmaqla, bu ölkəyə heç bir dəstək verilməməlidir!”, deyə məktubda bildirilib.

 

ABŞ senatorlarının yazdığı məktub İsveç mətbuatında geniş işıqlandırılıb. Qeyd olunub ki, bu məktub NATO-ya üzvlük prosesində İsveçin əlini gücləndirəcək.

 

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  çıxışı zamanı "İsveç Quranın təhqir edilməsinə göz yumduqca bu dövlətin Alyansa üzvlüyünə icazə verilməyəcək. Onlar boş yerə çalışmasın. Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimiz müsbətdir, amma İsveçə icazə vermərik”, deyə söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR