Özünü Bakı aeroportunda öldürmək istədi

Cəmiyyət
10:50 / 03.02.2023
8394
Heydər Əliyev Beynəlxalq Hava Limanında intihara cəhd olub.
Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hava limanı ərazisində Biləsuvar rayon sakini, 1983-cü il təvəllüdlü C.Quliyev qol damarlarını kəsib.
Kəsici alətlə özünə xəsarətlər yetirən şəxs xəstəxanaya aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.