Nuridə Allahyarova Həsən Həsənlinin təyinatından yazdı: "Baba öz nəvəsilə fəxr edə bilər"

Xəbər vediyimiz kimi, Prezident İlham Əliyev Həsən Həsənlini elm və təhsil nazirinin müavini təyin olunub.
Sfera.az xəbər verir ki, prezidentin bu təyinatı ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova ürək sözlərini yazıb.
"Həsən Həsənlinin AR təhsil nazirinin müavini təyin olunması həm gənc, perspektivli, savadlı, təhsil sahəsində təsadüfi adam olmayan bir kadrın vəzifə təyinatıdır, həm də Naxçıvan MR Ali Məclisinin sabiq sədri, Naxçıvan üçün misilsiz xidmətləri olan, Heydər Əliyev siyasi kursuna ömrünün sonunacan sadiq olan Namiq Həsənovun ruhuna şadlıq gətirən hadisədir. Baba öz nəvəsilə fəxr edə bilər!
Təşəkkürlər, cənab prezident!"
Qeyd edək ki, Həsən Həsənli ləğv edilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi işləmiş Həbib Həsənovun oğludur. Babası Namiq Həsənov isə 1994-1995-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri olub. O, 2020-ci ildə dünyasını dəyişib.