Qaçqın şəhərciyinə hücum-ölənlər var

Qaçqın şəhərciyinə hücum-ölənlər var
 
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Atme çadır düşərgəsində partlayış baş verib.

Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayış Azad Suriya Ordusunun düşərgədə növbə dəyişdirilməsi zamanı olub.

Partladıcı qurğunun yerləşdirildiyi avtomobil sərhəd-keçid məntəqəsi yaxınlığında partladılıb.

Hadisə zamanı ən azı 20 nəfər həlak olub, xeyli sayda yaralı var. Hələlik terror qruplaşmalarından heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.


OXŞAR XƏBƏRLƏR