Xorvatiya prezidenti Serbiyanı Rusiyanın aldadılmış məşuqəsi adlandırdı

Xorvatiya prezidenti Serbiyanı Rusiyanın aldadılmış məşuqəsi adlandırdı

Xorvatiya prezidenti Zoran Milanoviç fevralın 1-də Sloveniya prezidenti Nataşa Pirc-Musar ilə birgə mətbuat konfransında Serbiyanın Kosovonu hansısa yolla tanımalı olacağını bildirib. Onun fikrincə, Belqrad dərk etməlidir ki, “aldadılan məşuqə” kimi çıxış etdiyi “serb-rus romantikası” gec-tez bitəcək.
 

Sfera.az bildirir ki, Xorvatiya prezidentinin fikrin, rəsmi Belqrad Kosovonu tanımalı, eyni zamanda Ukraynadakı vəziyyətə görə “Serb-Rusiya romantikasının” sonunu anlayaraq Rusiya ilə münasibətləri tənzimləməlidir.
 

Milanoviç hesab edir ki, Serbiyada ölkənin ümumiyyətlə müsbət qarşılanan Qərbə qoşulması üçün nəyisə dəyişmək lazımdır. Amma bunun üçün ilk növbədə Rusiya ilə münasibətləri tənzimləmək lazımdır.
 

"Ukraynadakı vəziyyət açıq-aydın Serb-Rusiya romantikasının sonunun başlanğıcıdır. Serbiya aldanmış məşuqə olduğunu başa düşəcək"- deyən Xorvatiya lideri Belqrad və Moskva arasında heç bir sevgi olmadığını bildirib. Onun sözlərinə görə, hər ikisi arasında ancaq Rusiyanın maraqlarına uyğun rəsmi münasibətlər var.


Milanoviçin sözlərinə görə, Kreml Ukrayna ilə nəsə etməyə çalışır və Kosovo nümunəsi Rusiya rəhbərliyini təqib edir, çünki bu və ya digər şəkildə Rusiya Kosovonun müstəqilliyini tanımalı olacaq.
 

"Kosovo nümunəsi Rusiyanı təqib edir. Amma gec-tez o, Ukraynadakı hərəkətlərini leqallaşdırmaq üçün Kosovonu tanımalı və ya tanımış kimi davranmalı olacaq. Bu, reallıqdır"- deyə Milanoviç yekunlaşdırıb.
 

Xatırladaq ki, yanvarın 30-da Xorvatiya prezidenti Zoran Milanoviç Ukraynanın heç vaxt işğal etdiyi Krımı qaytarmayacağını qeyd edib. Onun sözlərinə görə, Rusiya müharibədə itkidən xəbərdar olsa, nüvə silahından istifadə edəcək.
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya qismən tanınan Kosovo ilə qarşıdurmanın kəskinləşməsi fonunda Serbiyanı dəstəkləyir və eyni zamanda Rusiyanın vəziyyətə dağıdıcı təsiri ilə bağlı bəyanatları rədd edir. Onun sözlərinə görə, Serbiya belə ağır şəraitdə yaşayan etnik serblərin hüquqlarını müdafiə edir.


Aynil

 


OXŞAR XƏBƏRLƏR