Azərbaycanda ağır qəza - 4 nəfər ölüb
Hadisə
19:07 / 02.02.2023
17648
Bərdədə ağır yol qəzası baş verib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb.
Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.