Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı Ukraynada hərbi əməliyyatların başlanmasının ildönümündə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edəcək.

 

Sfera.az bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib. O, bu fikirləri Kiyevə səfəri zamanı səsləndirib.

 

 "Kiyevə gəlmək çox xoşdur. Biz Aİ-nin Ukraynaya heç vaxt olmadığı qədər yaxın olduğunu göstərmək, həm də dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün burdayıq", - deyə Avropa Komissiyasının sədri sosial şəbəkə hesabında qeyd edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR