Çin mühasirəyə alınır: ABŞ Çinin qonşuluğunda daha 4 hərbi baza açacaq

Çin mühasirəyə alınır: ABŞ Çinin qonşuluğunda daha 4 hərbi baza açacaq

Çinin Cənubi Çin dənizində aktivliyini artırması və Tayvanın statusu ilə bağlı mübahisənin güclənməsi Fillipini ABŞ ilə hərbi əməkdaşlığı genişləndirməyə vadar edib.

 

Sfera.az xəbər verir ki, Fillipin öz ərazisində ABŞ-nin daha 4 hərbi bazasının yaradılmasına razılıq verib. Yeni hərbi bazaların yaradılması ABŞ-yə Fillipində daha çox əsgər saxlamağa imkan verəcək.

 

BBC-nin məlumatına əsasən, ABŞ Fillipində 5-ci bazanın yaradılmasını da nəzərdən keçirir.

 

Qeyd edək ki, hazırda ABŞ-nin Fillipində 5 hərbi bazası var.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR