“Ermənistan razılaşsa, bir-iki günə göndərərik...” – Sergey Lavrov

“Ermənistan razılaşsa, bir-iki günə göndərərik...” – Sergey Lavrov

Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır.

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına və “RİA Novosti”yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, İrəvan maraqlı olarsa, missiya bir-iki gün ərzində göndərilə bilər.

 

“Təklif hələ də masadadır və əgər bizim erməni müttəfiqlərimiz və dostlarımız hələ də bunda maraqlıdırsa, o zaman həmin missiya cəmi bir-iki günə yerləşdirilə bilər”, - Lavrov bildirib.

 

Nazir deyib ki, İrəvan KTMT missiyasının Ermənistan və Azərbaycan sərhədinə göndərilməsinin tərəfdarıdır və onun işinin parametrləri ilə bağlı sənəd razılaşdırılıb. Lakin sonda Ermənistan hakimiyyətinin mövqeyinə görə qəbul edilməyib.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR