Dini ziyarətlər dövlətin nəzarətinə verilir? – Açıqlama

Dini ziyarətlər dövlətin nəzarətinə verilir? – Açıqlama

Millət vəkili Fazil Mustafa təklif edib ki, dini ziyarətlər dövlət nəzarətinə keçməlidir. Onun fikrincə, bununla da İran casus şəbəkələrinə qoşulanlar daha rahat aşkar edilə, zərərli təbliğatın qarşısı alına bilər.

 

Maraqlıdır, dövlət belə nəzarəti tətbiq edə bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bəzi qurumların maarifləndirmə aparmalı olduğunu deyib:

 

“Fazil bəyin dediyi məsələ aktualdır, amma çarə deyil. Çünki bu gün təkcə İrana yox, həmçinin Səudiyyə Ərəbistana və s. yerlərə dini ziyarətlərə gedən insanlar var. Həmin qruplaşmalara müxtəlif ölkələrdə də qoşulmaq olar. İnsanlara dinlə bağlı qadağalar qoymaq yox, maarifləndirmə işi aparmaq lazımdır. Bu gün Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi hansısa icra hakimiyyyətində, dövlət qurumunda çıxış etməklə, standart məsələləri deməklə problemi həll edə bilməz”.

 

İlahiyyatçı bəzi şəxslərin açıq şəkildə İran təbliğatı apardığını, lakin onların ifşa edilmədiyini deyib:

 

“Konkret işlər aparılmalıdır və bu zaman nəticə görmək olar. Yoxsa hər kəs öz yerini isti saxlasa, məmurluq etsə, bu işlər həll olunası deyil. Ona görə bu məsələlərdə fədakarlıq etmək, can qoymaq lazımdır. Bu gün gözümün qarşısında İranla bağlılığı olan şəxsləri görmürük. Nə üçün biri çıxıb bu məsələləri araşdırmır?”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR