“Hər kəs müharibənin bitməsini istəyir” – Sergey Lavrov

“Hər kəs müharibənin bitməsini istəyir” – Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna savaşının bitmə tarixindən danışıb.

 

Sfera.az bildirir ki, o, bu barədə  "Rossiya 24" telekanalına müsahibəsində söz açıb. Lavrov qeyd edib ki, Rusiyada hər kəs müharibənin bitməsini istəyir.

 

“Söhbət Ukraynada xüsusi hərbi əməliyyatın başa çatdırılmasından gedirsə,  burada vacib olan zaman faktoru deyil, mahiyyət, xalqımıza təqdim etdiyimiz nəticələrin keyfiyyət amilidir. Əsas odur ki, uzun illər Kiyev rejiminin qərarlarından əziyyət çəkən Rusiya mədəniyyətinin bir hissəsi olmaq istəyən insanların rifahı təmin olunsun”, deyə Lavrov bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR