“Bizə vasitəçi yox, müttəfiq lazımdır” – Braziliya prezidentinin təklifinə Ukraynadan SƏRT REAKSİYA

“Bizə vasitəçi yox, müttəfiq lazımdır” – Braziliya prezidentinin təklifinə Ukraynadan SƏRT REAKSİYA

Son zamanlar bir sıra ölkələr Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmağa hazır olduqlarını bəyan edirlər. Ötən gün  Braziliya prezidenti Lusi İnasiu Lula da Silva da belə bir təkliflə çıxış edib. Lakin o, ölkəsinin Kiyevə silah vermək fikrində olmadığını vurğulayıb. Alman mətbuatında Lulanın bu açıqlaması “Almaniya kansleri Olaf Şolzun üzünə “şapalaq”” kimi dəyərləndirilib.

 

Sfera.az -ın məlumatına görə, Ukraynanın Berlindəki səfiri Aleksiy Makeyev sözügedən məsələyə münasibət bildirib. O qeyd edib ki, ölkəsini Rusiya ilə danışıqlara sövq edən hamı münaqişəyə son qoymaq naminə Ukrayna ərazilərini qurban verməyə hazırdır.

 

“Çağırış edənlər hələ ki, danışıqlar strategiyasının necə ola biləcəyi ilə bağlı konkret təkliflər irəli sürməyiblər. Məqsəd nədir? Təəssüf ki, son illərdə biz bir çox danışıqların Ukraynanın hesabına aparıldığını və yalnız Ukraynanın daha çox ərazi və insan itirməsinə gətirib çıxardığını gördük”, - deyə səfir qeyd edib.

 

Aleksiy son olaraq bildirib ki, Ukraynaya vasitəçilər yox, müttəfiqlər lazımdır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR