Qəzada həlak olan polkovnik-leytenant imiş... - FOTO

Cəmiyyət
01:09 / 02.02.2023
14954
Xəbər verdiyimiz kimi, fevralın 1-də Kəlbəcərin Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobil idarəetməni itirərək Tərtər çayına aşıb.
Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev polkovnik-leytenant olub. O, bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.
21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq. (Qafqazinfo)