Eynşteynin həyat yoldaşından boşanma müqabilində istədiyi ağılasığmaz tələblər

Eynşteynin həyat yoldaşından boşanma müqabilində istədiyi ağılasığmaz tələblər

"Tarixin ən böyük dahiləri haqqında ağlınıza gələn ilk adamı deyə bilərsinizmi?" sualı verilsə, bir çoxumuzun verəcəyi cavab yəqin ki, Albert Eynşteyn olacaq.
 

Nikola Tesla deyənlər olacaq, amma nə olursa olsun...
 

Bu dahilərin öz böyük dahilikləri qədər də ağılasığmaz və heyrətamiz qəribəlikləri olub.



Sfera.az bu yazıda bir çoxunuzun bilmədiyi Albert Eynşteyn haqqında məqamları təqdim edir.



Dünyanın ən ağıllı adamlarından biri olan Albert Eynşteyn riyaziyyat və fizika sahəsində bir çox mühüm kəşflər edib.

Xüsusilə fizika sahəsində maddəni və onun məzmununu daha yaxından tanımağa imkan verəcək düsturlar və nəzəriyyələr inkişaf etdirib.

Dünyaya bu qədər mühüm töhfələr vermiş bir insanın sevgi həyatı da bir o qədər maraqlı və təlatümlü olub.

Açıklama yok.

Xüsusilə də birinci həyat yoldaşı Mileva Mariç ilə...

 

Evlənməmişdən əvvəl Mileva ilə yaşadıqları, evləndikdən sonra həyat yoldaşına zorla qəbul etdirdiyi şərtlər də kifayət qədər maraqlıdır.

Orta məktəb və universitet təhsilindən sonra Eynşteyn 1900-cü ilə qədər dövrün ən yaxşı professorlarından təhsil almaq imkanı qazanıb. O, alman elminin bir çox mühüm mənbələrini öyrənmək imkanı əldə edib.

 

Bu vaxt o, məktəbin azsaylı qız tələbələrindən biri olan Mileva Mariçlə tanış olur və onlar evlənmək istəyirlər.

Lakin atası onun qeyri-yəhudi qızla evlənməsinə icazə vermədiyi üçün 1903-cü ilə qədər atasının vəfatını gözləməli oldular.

Evləndikdən sonra cütlüyün 2 övladı olur, lakin onların evlilik həyatı istədikləri kimi getmir, ayrılıq həddinə çatırlar.

Övladları hələ bu vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün bir müddət evliliyi davam etdirməyə qərar verirlər, lakin Eynşteynin bəzi çaşdırıcı şərtləri var idi.
 

Eynşteynin şərtləri eynən belə olub:


A. Aşağıdakılara cavabdeh olacaqsınız:

1. Paltarımın və camaşırımın mükəmməl olması;

2. Üç dəfə yeməyimi otağımda mütəmadi olaraq yediyimə diqqət etmək;

3. Yataq otağım və iş otağım qaydasında olmalı, xüsusən də iş masamdan başqa heç kim istifadə etməməli.


Açıklama yok.

B. Sosial səbəblərdən dolayı istər-istəməz tələb etmədikdə mənimlə bütün şəxsi əlaqəni kəsəcəksən. Xüsusilə, aşağıdakıları tələb etməyəcəksən:

1. səninlə evdə qalmaq;

2. Çölə çıxmaq və ya səyahət etmək.

 


C. Mənimlə münasibətlərində aşağıdakıları müşahidə edəcəksən:

Açıklama yok.


1. Məndən fiziki yaxınlıq gözləməyəcəksən, heç bir şəkildə məni qınamayacaqsan;

2. İstədiyim zaman mənimlə danışmağı dayandıracaqsan;

3. Yataq və ya iş otağımı istənilən vaxt şikayət etmədən tərk edəcəksən.


D. Uşaqlarımızın qarşısında söz və ya hərəkətlərinlə məni təhqir etməməlisən.


Açıklama yok.

Mileva hələlik bu şərtləri qəbul etsə də, təbii ki, zaman keçdikcə bu vəziyyətdən çıxmaqda çətinlik çəkməyə başlayıb.


Sonra o, iki uşağını da götürərək Eynşteyni Berlində qoyub İsveçrəyə qayıtdı.

 

5 il ayrı qalan cütlük 1919-cu ildə rəsmi olaraq ayrılıb.


Açıklama yok.

Eynşteyn cəmi bir neçə ay sonra əmisi qızı Elza ilə evlənsə də, Mileva bir daha evlənməyib.

 

1914-cü ildə Berlin qatar stansiyasında qoyub getdiyi Eynşteynin oğlu isə onun haqqında bunları deyir:

Açıklama yok.

Atam haqqında danışanda dilim niyə belə zəhər buraxır? Xəbəririniz yoxdu? Düşündüm ki, bütün dünya bilir. Atam bizi - anam, qardaşım və məni 1914-cü ilin avqustunda Berlindəki platformada qoyub getdi. Həmin gündən sonra ona müharibə elan eləmişik…

Açıklama yok.

Açıklama yok.

Aynil
 


OXŞAR XƏBƏRLƏR