Google tələsik ChatGPT üçün rəqib hazırlayır - Şirkət "qırmızı kod" elan etdi

Google tələsik ChatGPT üçün rəqib hazırlayır - Şirkət

“ChatGPT” çat botunun cəmi altı ay ərzində sürətlə populyarlaşması və “Google” əvəzinə getdikcə daha çox istifadə olunması səbəbindən korporasiya onunla rəqabətdən ehtiyatlanıb və təcili olaraq layiqli alternativ hazırlayır.
 

Sfera.az bildirir ki, Google neyron şəbəkələri yarışına qoşulur.


Axtarış nəhəngi bu il neyron şəbəkələrə əsaslanan 20 məhsul buraxmaq niyyətindədir.


Mətbuatın bildirdiyinə görə, Google-un baş direktoru Sundar Piçai “qırmızı kod” elan edib və təcili olaraq OpenAI-nin yaradılmasına layiqli cavab hazırlamaq üçün bütün qüvvələri səfərbər edib. Axtarış nəhənginin çoxlu sayda əməkdaşı Google-un LaMDA danışıq texnologiyasından istifadə edən məhsulları intensiv şəkildə sınaqdan keçirir. Şayiələrə görə, CEO LaMDA komandasına heç bir şeydən yayınmamağı və ChatGPT rəqibi üzərində işləməyə üstünlük verməyi əmr edib.



Google-un planlarında ChatGPT-nin eksperimental rəqiblərinə axtarış botu və Apprentice Bard adlı alət daxil olacaq. Onun əsas üsrünlüyü isə bugünkü məlumatlara uyğun olaraq cari suallara cavab vermək imkanın olmasıdır. ChatGPT isə yalnız 2021-ci ilə qədər məlumat bazasına malikdir.



Google Q&A formatından istifadə edən yeni axtarış səhifəsini sınaqdan keçirir. Eksperimental səhifədə istifadəçi öz sorğusunu daxil edir, səhifə boz qabarcıqlar şəklində insana bənzər cavablar yaradır. Bu cavabların altında əlavə suallar təklif olunur, ardınca bağlantılar və başlıqlar olan tipik axtarış nəticələri verilir.



Bundan əlavə, Google bu il iyirmidən çox süni intellektə əsaslanan məhsul təqdim edəcək.



Analitiklər qeyd edirlər ki, bu il bizi axtarış sistemi ilə inteqrasiya olunmuş neyron şəbəkələrinin qlobal yarışı gözləyir. Microsoft artıq bu ilin mart ayında Bing-də ChatGPT texnologiyasını tətbiq edəcəyini elan edib və OpenAI-a 10 milyard dollar sərmayə qoyub.



Xatırladaq ki, ən populyar poçt sayılan Gmail-in tərtibatçılarından biri ChatGPT sayəsində Google axtarış sisteminin tənəzzülünü proqnozlaşdırmışdı.


Aynil
 


OXŞAR XƏBƏRLƏR