Zelenski dünyaya ÇAĞIRIŞ ETDİ: "Saakaşvili tədricən öldürülür" - VİDEO

Zelenski dünyaya ÇAĞIRIŞ ETDİ:

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili cəzadan azad edilməsi ilə bağlı məhkəmə iclasında uzaqdan iştirak edib.
 

Sfera.az bildirir ki, bu barədə "Georgia Online" nəşri xəbər verib.
 

Görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır vəziyyətindən şikayətlənib. Siyasətçi köynəyini yuxarı çəkərək saxlandığı müddətdə nə qədər arıqladığını göstərib.

"Bütün biliyimi Gürcüstana vermişəm... İndi sağlamlığımı vermişəm və tək xahişim odur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı verəcəm. Vəziyyətim kəskin şəkildə pisləşib"-deyə Saakaşvili məhkəmədə bildirib.


Eyni zamanda, bu gün Mixail Saakaşvilinin Facebook səhifəsində siyasətçinin ukraynalılara müraciəti dərc edilib və o, ürəyini Kiyevdə dəfn etmək arzusunu ifadə edib.
 

"Mənə işgəncə verilir və məni zəhərləyirlər. Sizə müraciət etmək istəyirəm - fəxr edirəm ki, hamı Ukrayna xalqına heyrandır, fəxr edirəm ki, Zelenski prezidentdir, onun mövqeyinə görə minnətdaram... Mən tamamilə əminəm -Qələbmizdir. Bacarsam, bu qədər yaxın olan qələbəni görmək üçün yaşayacağam, ürəyim Kiyevdə dəfn edilməlidir. O, Ukraynanındır... Ukraynaya şöhrət, düşmənlərimizə ölüm”- Mixail Saakaşvilinin müraciətində deyilir.


“İnterfaks-Ukrayna” agentliyinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Avstriya prezidenti Aleksandr Van der Bellenlə birgə mətbuat konfransı zamanı Mixail Saakaşvili ilə çəkilmiş videoya reaksiya verib və baş verənləri Ukrayna vətəndaşına açıq işgəncə adlandırıb.
 

"Mən sualı müzakirə etmirəm - Gürcüstanın keçmiş prezidenti niyə həbs edilib, bunun Gürcüstanın siyasəti və demokratiyası üçün nəticələri nə olacaq. Bu, onların daxili işidir. Mən Ukrayna vətəndaşı Mixailin həbsindən danışıram. Hər gün ictimai işgəncələrə məruz qalan Saakaşvili. Məncə, onların məqsədi onu öldürməkdir”- deyə Zelenski bildirib.

"Saakaşvili Ukraynaya göndərilməlidir" - Yermak
 

Videoya Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak da reaksiya verib. O, Twitter hesabında Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa çağırıb.
 

Açıklama yok.

"Biz əsl demokratiya döyüşçüsü və Ukrayna vətəndaşı Mixail Saakaşvilinin qanunsuz həbsini pisləyirik. Həmçinin onun saxlanma şəraiti dəhşətlidir. Bu gün mən bu fotoları beynəlxalq tərəfdaşlara göndərdim. Mixailin müalicəyə ehtiyacı var. O, Ukraynaya geri qaytarılmalıdır”- Yermak yazıb.
 

Xatırladaq ki, dekabrın 22-də gürcü siyasətçi Mixail Saakaşvilinin işi üzrə məhkəmə iclası keçirilib və hakim ona Ukrayna dilində danışmağa icazə verməyib.
 

İki gün əvvəl Mixail Podolyak Gürcüstan hakimiyyətini Mixail Saakaşvilini Ukraynaya köçürməyə çağırıb və ona lazımi müalicə göstəriləcəyini bildirib.
 

Gürcüstan parlamentinə sədrlik edən “Gürcü arzusu” fraksiyasının rəhbəri Mamuka Mdinaradze isə Mixail Saakaşvilinin Ukraynadan göndərilməsində məqsəd Gürcüstanı müharibəyə cəlb etmək və ölkə daxilində parçalanma təşkil etmək üçün xüsusi əməliyyat olub.

Onu da xatırladaq ki, Gürcüstanın eks-prezidentinin vəkili Valeri Qelbaxianinin vəkili noyabrın 20-də Saakaşvilinin həbsindən sonra zəhərləndiyini bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, bunu ekspertizanın nəticələri sübut edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR