Nura: "Şəbnəm Tovuzlu mahnılarında səsinə effekt qoydurur" - Qarşı tərəfdən CAVAB

Nura:

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoydurduğu haqda fikirlərinə qarşı tərəfdən cavab gecikməyib.

 

Sfera.az xəbər verir ki, bu haqda Tovuzlunun prodüseri Şahanə Ayazqızı OLAY-a açıqlamasında deyib.

 

“Bu onun şəxsi fikridir. Yəqin ona xoş gəlməyib, bildirib. Amma Şəbnəm xanımın canlı ifasını da təsdiqləyib, ona görə sözüm yoxdur. Müğənni effekt qoymur, onu aranjimançılar qoyur”, - deyə, Ayazqızı vurğulayıb.

 

Qeyd edək ki, bu gün N. Suri qonaq olduğu verilişdə Şəbnəmin canlı ifasını bəyəndiyini, lakin mahnılarında səsinə effekt qoydurduğunu söyləmişdi.

 


OXŞAR XƏBƏRLƏR