İçərişəhərdə “Gənclər yarmarkası” keçirililir - FOTOLAR

Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə “Gənclər yarmarkası” keçirililir.
Sfera.az xəbər verir ki, Qoşa qala meydanında təşkil olunmuş tədbir saat 17:00-dək davam edəcək.
Yarmarka nazirlik və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inklüzivliyin təmin edilməsi məqsədilə keçirilir.
Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar təşkil edilib. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Yarmarkada Gənclər evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim edilməkdədir.
Əzizə
Fotolar: Anar Bayramlı