Kremlyönümlü platforma səs-küy yaratdı: "Putini sev, Fransaya nifrət et"

Kremlyönümlü platforma səs-küy yaratdı:

Afrikanın fransızdilli ölkələrində anti-Qərb və Kremlyönümlü kampaniyalar aparan genişmiqyaslı sosial şəbəkə yaranıb.

 

Sfera.az bildirir ki, “Russosphère” (Rusiya məkanı) adlı sosial şəbəkə tez-tez Fransanı müasir müstəmləkəçilikdə ittiham edir, Putini tərifləyən və Ukrayna ordusu üçün “nasist və satanist” ifadələri işlədən statuslar paylaşır.

 

Burada həmçinin, Rusiyanın muzdlu dəstəsi olan “Vaqner”in işə qəbul prosesləri haqqında da məlumatlar istifadəçilərə ötürülür. Sosial şəbəkəni izləyən və tədqiq edən “Logically” texnologiya şirkəti ilə işləyən “BBC”nin Qlobal Dezinformasiya Qrupu bunu edən şəxslə əlaqə saxlayıb. Bəlli olub ki, kampaniyanın arxasında özünü “stalinist” adlandıran 65 yaşlı belçikalı siyasətçi dayanır.

 

Məlumata görə, sözügedən şəbəkə 2021-ci ildə yaradılıb. Lakin 2022-ci ilin fevralında, Rusiyanın Ukraynanı işğal etməsindən bir neçə gün əvvəl fəaliyyətə başlayıb və tez bir zamanda 80 min izləyici toplaya bilib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR