Avropada satılan avtomobillərin 12 faizi elektromobildir

Avropada satılan avtomobillərin 12 faizi elektromobildir

Avropa İttifaqında (Aİ) ötən il elektrik avtomobillərinin (elektromobil) satışda payı 12,1%-ə çatıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2022-ci ildə benzinlə işləyən avtomobillərin satışı 12,8%, dizellə işləyən avtomobillərin satışı 19,7% azalıb.

 

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı statistikaya əsasən keçən il ərzində Aİ ölkələrində satılan avtomobillərin 36,4 faizi benzin, 22,6 faizi hibrid, 16,4 faizi dizel, 12,1 faizi tam elektrikli, 9,4 faizi üç “plug”in hibrid (PHEV), 0,2 faizi təbii qaz, 2,8 faizi digər yanacaqla işləyən avtomobillər olub. 


Ötənilki satışlardan sonra Aİ ölkələrində elektrik və müxtəlif hibrid avtomobillərin ümumi bazarda payı 44,1 faizə çatıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR