"Söz xatirinə qafiyə deyirlər, İrana işləmirlər..." - Mehman Əhmədli meyxanaçıların müdafiəsinə qalxdı

“Namiq Qaraçuxurlunun, yaxud başqasının nəyinə lazımdır ki, İranın adını çəksin? Namiq heç bir partiyaya, heç nəyə qulluq etmir, dövlətinə qulluq edən adamdır. Biri də mən. Dövlətimi bütün dövlətlərdən çox sevirəm. Hansı dövlət mənim dövlətimə əl uzadırsa, düşmənimdir, dəstək olursa, dostumdur. Heç bir halda öz dövlətimi satqınlıq edib, başqa dövlətə satmaram. Vətənimi, millətimi sevən adamam. Dövlətimə dəstək verən, dövlət sevgisini aşılayan meyxanalar demişəm. Heç vaxt ayrıseçkilik yaradan, kriminal, narkotik, dövlətə qarşı ixtilaf yaradan meyxana deməmişəm, bundan sonra da demərəm. Çünki ağlı başında olan adamam...”

 

Sfera.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində tanınmış meyxanaçı Mehman Əhmədli deyib.

 

O bildirib ki, heç bir meyxanaçı harasa qulluq etmir: “Sadəcə, bəzi meyxanaçılar dini mövzulu meyxana çox deyirlər.  Əksəriyyəti də şiə təriqətindəndir. Çox adam isə şiəliyi İrana bağlayır. Buna görə də deyirlər ki, meyxanaçılar İrana işləyir. Xeyr. Şiəlik İranla bağlı bir şey deyil. Hər kəsin öz məzhəbi var. Əksinə, İranın dövlətimizə qarşı son vaxtlar göstərdiyi münasibətə görə əksər meyxanaçıların İrandan qətiyyən xoşları gəlmir. Məni bir məsələ çox narahat edir, bizim illərlə “dost”, “qardaş” dediyimiz qonşu indi bizə qarşı yaxşı qonşu münasibəti göstərmir. Vəssalam... Heç bir meyxanaçı İrana qulluq etmir, bunu tam əminliklə deyirəm. Sadəcə, söz xatirinə qafiyə deyirlər, camaat da harasa yozur, yapışdırır ki, filankəs İrana işləyir. Heç kim heç yerə işləmir. Tək İran yox, hansısa dövlət bizim dövlətimizə qarşı əl uzatsa, düşmənimizdir, kim dəstək olsa, dostumuzdur”.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...