“Ukraynadan sonra bu ölkələr Rusiyanı müharibəyə cəlb edəcək!” - ŞOK İDDİA

“Ukraynadan sonra bu ölkələr Rusiyanı müharibəyə cəlb edəcək!” - ŞOK İDDİA

“Ukrayna açıq şəkildə 2014-cü ildə Rusiyaya qarşı kampaniyaya başlayıb. Ən şiddətli rusofobiya bütün bu müddət ərzində “qartopu” kimi böyüyərək özünü göstərib”.

 

Sfera.az bildirir ki, bu barədə məlumatı “Tsarqrad” nəşri yayıb.

 

Qeyd olunub ki,  baş verən hadisələr rus dilinin qadağan edilməsinə, abidələrin sökülməsinə, Donbasın illərlə atəşə tutulmasına və nəhayət, Rusiya ilə NATO arasında qarşıdurmaya səbəb olub. Nəşr iddia edib ki, Ukraynadan sonra Qazaxıstan, Baltikyanı ölkələr və Moldova da Rusiyanı xüsusi hərbi əməliyyata məcbur edəcək. “Rusiya tarixin yeni mərhələsinə qədəm qoydu və öz torpaqlarını geri qaytarmağa başladı.  Rusiya prezidenti Vladimir Putinin tarixi şəxsiyyətlər İvan Kalita, Üçüncü İvan,  İvan Qroznı və Çar Aleksey Mixayloviçlə müqayisəsi çox məntiqlidir".

 

Nəşr hesab edir ki, xüsusi hərbi əməliyyatın məqsədləri və coğrafiyası bu yaxınlarda “qardaş” qonşuların Rusiyaya hansı sürprizlər təqdim edəcəyindən asılı olaraq dəyişə bilər.

 

“Tsarqrad” qeyd edib ki, Rusiya sərhədlərində kənardan düzgün şəkildə yönləndiriləcəyi halda, rusofobiyanın daha bir ocağına və qərbyönlü siyasətin dirijorlarına çevrilə biləcək kifayət qədər problemli bölgələr var:

 

“Bununla bağlı siyasi, diplomatik, iqtisadi və digər yollarla təhlükələri neytrallaşdırmaq lazımdır...”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR