“Sosial şəbəkələrdə irançılığı təbliğ edən hər kəs...” – Deputatdan VACİB AÇIQLAMA

“Sosial şəbəkələrdə irançılığı təbliğ edən hər kəs...” – Deputatdan VACİB AÇIQLAMA

Azərbaycanda din adı altında təxribat və pozuculuq əməllərini həyata keçirənlərin artım tempi təhlükəli sferaya qədəm qoyub. Təsadüfi deyil ki, təkcə bu gün Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində bu yöndə təxribat və pozuculuq fəaliyyəti göstərən 39 nəfər müəyyən edilərək saxlanılıb.

 

Bununla belə, hələ də irançılığı təbliğ edənlər, ağalarının yoluna “baş qoyanlar” yetərincədir.

 

Maraqlıdır, İran bu şəxsləri toruna necə salır və nə üçün rahatlıqla idarə edə bilir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov İran təbliğatı ilə məşğul olan şəxslərin nəzarətə götürülməli olduğunu bildirib:

 

Deputat Ceyhun Məmmədov hesabat verdi

 

“Azərbaycanın xüsusi xidmət orqanları bu şəbəkələrin ifşa olunması üçün davamlı olaraq müxtəlif tədbirlər həyata keçirir. Düşünürəm ki, son günlər bunun effektini daha çox görürük. Hesab edirəm ki, bu şəbəkənin qarşısını almaq üçün İran tərəfindən maliyyələşən bütün təşkilat və qurumların fəaliyyəti dayandırılmalıdır. Bu qrupların saytları, televiziyaları var və bu media orqanlarının işinə son verilməlidir. Eləcə də sosial şəbəkələrdə irançılığı təbliğ edən hər bir şəxs nəzarətə götürülməli, onun haqqında müxtəlif tədbirlər həyata keçirilməli, addımlar atılmalıdır”.

 

Millət vəkili İran tərəfinin ölkəmizdə dövlət qurumlarına da nüfuz etmək istədiyini deyib. C.Məmmədov irançılığı təbliğ edənlərin iki məqsədlə bu yolda olduğunu bildirib:

 

“İnsanların belə şəbəkələrə üz tutmasının ilkin səbəbi İranın onların dini inancını istismar etməsidir. Yəni İran bu şəxsləri inandırır ki, onlar həqitətən də din adından çıxış edərək bu təbliğatı aparmalıdırlar. Bu insanların beyni yuyulub, bu qədər təxribata baxmayaraq, onlar İranı dəstəkləməkdə davam edirlər. Digər səbəb isə bu qrupların maliyyələşdirilməsidir. Məzhəbçiliyi, dini radikallığı təbliğ edən qrupların hamısı İran tərəfindən maliyyələşdirilir. İran bu gün maddi resurs hesabına sosial şəbəkələrdə, biznes sahəsində, eləcə də mediada öz məqsədlərini həyata keçirməyə çalışır. Hesab edirəm ki, dövlət qurumlarının ekspertlərindən ibarət komissiyanın yaradılmasına ehtiyac var. Biz bu komissiyanın vasitəsi ilə, müxtəlif müzakirələrlə problemin qarşısını almağa nail ola bilərik”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR