Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı: "İlk ayda..." - VİDEO

Van Dammın azərbaycanlı gəlini Amerikada şok yaşadı:

Açıq fikirli mehriban insanlar, kovboylar, möhtəşəm musiqi, azad ruhlar və s. Fərqli dünya. İlk ayda böyük bir mədəniyyət şoku yaşadım, artıq ikinci aydır ki, burdayam, olduğum kimi qalsam da, eyni dalğaya girir, həm qəbul edildiyimi, həm də özümü evdəki kimi hiss edirəm.

 

Sfera.az xəbər verir ki, bu sözləri dünya şöhrtəli aktyor Jan-Klod Van Dammın oğlu Kristofer Dammla ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə deyib. Həyat yoldaşının yanına köçən musiqiçi Amerika həyatından söz açıb və bildirib ki, geniş düşüncəli insanların əhatəsində olmaqdan məmnundur və bu ölkədə özünü çox azad hiss edir.

 

"Maraqlıdır ki, sən yeni küçələr kəşf etmədən, yemək yeyib muzeylərə getmədən də, sadə ünsiyyətlə olduğun ölkənin ab-havasına girə və rahatlaşa bilərsən. İnsanlar öz ölkələrinin mədəniyyətini müxtəlif yollarla əks etdirirlər və bu, gözəldir. Nə qədər sima, nə qədər hekayə, nə qədər duyğu", - Suada qeyd edib.

 

Qeyd edək ki, uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrlərı ilə konsertlər verib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır. (publika)


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...