Molla rejimi rəqs videosu yayılan nişanlı gəncləri 10 il 6 ay HƏBS ETDİ

Molla rejimi rəqs videosu yayılan nişanlı gəncləri 10 il 6 ay HƏBS ETDİ

Məhsa Əmininin ölümündən sonra xalq hərəkatının başladığı İrandan daha bir səs-küylü qərar gəlib.

 

Sfera.az bildirir ki, 20 yaşlarında olan Astiyaz Haqi və nişanlısı Əmir Məhəmməd Əhmədinin sosial şəbəkədə paylaşdığı video məhkəməlik olub.

 

Belə ki,  Azadi Qülləsinin qarşısında cütlüyün romantik rəqsi Tehran hökumətini qəzəbləndirib. Videoda Haqinin hicab taxmamasının son vaxtlar artan nümayişlərlə əlaqəli olduğu iddia edilib.

 

Qısa müddətdə sürətlə paylaşılaraq rekord qıran videonun noyabrın əvvəlində çəkildiyi bildirilib. Digər tərəfdən, İranda qadınların kişi ilə və ya tək başına rəqs etməsinin qadağan olduğu vurğulanıb. Nəticədə Tehran məhkəməsi həm Haqi, həm də Əhmədiyə 10 il 6 ay həbs cəzası verib, hər ikisinə internetdən istifadə və xaricə səyahət qadağan edilib. Sözügedən qərarın  “milli təhlükəsizliyə xələl gətirəcək toplaşmaq” və “korrupsiya və fahişəliyə istiqamətləndirmə” cinayətlərinə görə verildiyi qeyd edilib. Gənc qadının Tehran xaricindəki Karçak həbsxanasına göndərildiyi bildirilib. Bu həbsxananın şəraiti isə tez-tez beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunur.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR