ABŞ Ukraynaya uzunmənzilli raketlər verəcək – Raketlərin uçuş məsafəsi…

ABŞ Ukraynaya uzunmənzilli raketlər verəcək – Raketlərin uçuş məsafəsi…

ABŞ Ukraynaya daha uzun məsafəyə uçan raketlərdən, eləcə də digər döyüş sursatları və silahlardan ibarət 2,2 milyard dollarlıq hərbi yardım paketi ayıracaq.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı “Reuters” paylaşıb. 


“Reuters” etibarlı mənbələrə istinadən xəbər verir ki, ABŞ-nin verəcəyi raketlər 150 km məsafəyə uça bilən GLSDB (Yerdən atılan kiçik diametrli bomba) raketlərindən ibarətdir. Bu raketlər “Boeing” və “Saab Group” tərəfindən hazırlanıb. Onları РСЗО M270 və HIMARS sistemlərindən atmaq mümkündür. 


Ukrayna ilk dəfədir ki, ABŞ-dan 150 km məsafəyə qədər uça bilən raketlər alacaq. 


Müharibə başlayandan bəri ABŞ Kiyevə təhlükəsizlik üçün 26,7 milyard dollar yardım edib. Keçən ilin iyun ayından bəri ABŞ Ukrayna qüvvələrini 20 HİMARS reaktiv yaylım atəşi sistemi ilə təmin edib. ABŞ HİMARS-larda istifadə üçün 80 km məsafədə hədəfləri vura bilən və peykdən idarə olunan GMLRS raketləri də verib. 
HİMARS-lar 300 km-dən çox məsafəyə uça bilən ATACMS raketlərini atmağa da qadirdir. “Reuters” yazır ki, ABŞ Kiyevin xahişlərinə baxmayaraq, ATACMS raketlərini Ukraynaya verməkdən imtina edib. 


Ukraynaya verilən HIMARS-lardan daha uzaq məsafəyə raket atmaq da mümkün deyil. Çünki Pentaqonun Ukraynaya tədarük etdiyi HIMARS-lar dəyişdirilib və onlar 300 km məsafəyə uça bilən raketləri ata bilmir.


Vasif

 


OXŞAR XƏBƏRLƏR