Con Sallivan Ukrayna müharibəsini Avropa üçün “dərin yara” adlandırdı

Con Sallivan Ukrayna müharibəsini Avropa üçün “dərin yara” adlandırdı

ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivanın son çıxışı gündəm olub.

 

Sfera.az bildirir ki, amerikalı diplomat Corctaun Universitetində keçirilən tədbirdə Ukrayna savaşından söz açıb.

 

O, baş verənlərə rəğmən, Rusiyanın dünyada nüfuzlu dövlət olaraq qalacağını vurğulayıb: “Rusiya siyasət və beynəlxalq təhlükəsizlik baxımından əsas mərkəz olaraq qalacaq. Onlar böyük oyunçu olacaqlarmı? Bəli. Rus dilini bilmək gələcəkdə də məna kəsb edəcək”.

 

Əvvəllər bu dili öyrənməyə qərar verməsinin səbəblərindən danışan keçmiş səfir rus mədəniyyətinə heyran olduğunu, Rusiyanı sevdiyini vurğulayıb.

 

 

Eyni zamanda, keçmiş səfir etiraf edib ki, Nümayəndələr Palatasında respublikaçılar arasında ABŞ prezidenti Co Baydenin istənilən addımına qəti şəkildə qarşı çıxanlar var. Onun fikrincə, ABŞ Konqresinin bəzi üzvləri Rusiya Federasiyasının xüsusi əməliyyat keçirməsinə kifayət qədər ciddi yanaşmırlar.

 

Ukrayna ətrafında vəziyyətin necə bitəcəyindən danışan Sallivan şiddətin dayanmayacağına əmin olduğunu bildirib. “Ukrayna savaşı uzun müddət  Avropa qitəsində zorakılıq baxımından böyük və dərin yara kimi qalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR