Bu il inflyasiya nə qədər olacaq? – Mərkəzi Bankın proqnozu

Bu il inflyasiya nə qədər olacaq? – Mərkəzi Bankın proqnozu

Azərbaycanda bu il illik inflyasiyanın 8 faiz ətrafında olacağı gözlənilir. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı açıqlamasında əksini tapıb.


Mərkəzi Bank bildirir ki, inflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib. 


Mərkəzi Bank hesab edir ki, illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR