Qanunsuz balıq ovlayan şəxs SAXLANILDI

Qanunsuz balıq ovlayan şəxs SAXLANILDI

Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir Su Anbarının ərazisindən quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

 

Monitorinq zamanı Mingəçevir Su Anbarının Xanabad körfəzi adlanan ərazisində qanunsuz olaraq balıq ovu məşğul olan Yevlax şəhər sakini Ceyhun Əzizov saxlanılıb və ovladığı 33 ədəd çox sıf balığı, ümumi uzunluğu 200 metr olan və istifadəsi qanunla qadağan edilmiş sintetik tor, 1 ədəd motorlu qayıq və 2 ədəd avar maddi sübut kimi götürülüb. Ümumilikdə təbiətə 1089 manat məbləğində ziyan vurmaqda şübhəli bilinən C. Əzizov barəsində araşdırmalar davam etdirilir.

 

“Su Nəqliyyatında Polis İdarəsindən balıq və digər ov sahələri ilə məşğul olan şəxslərin fəaliyyətlərini qanunla müəyyən edilmiş qaydada tənzimləməsi, təbiətə ziyan vurmaması xahiş olunur”, - məlumatda deyilir.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...