Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə öldü - FOTO

Cəmiyyət
09:53 / 01.02.2023
3844
Bakıda gənc qız faciəli şəkildə ölüb.
Sfera.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, faciəli şəkildə ölən gənc qız Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır. Vətən müharibəsinə könüllü qatılan Rəcəb Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.
Qafqazinfo