İranda küçədə rəqs edən cütlüyə 10,5 il həbs cəzası verildi - VİDEO

İranda küçədə rəqs edən cütlüyə 10,5 il həbs cəzası verildi - VİDEO

İranda məhkəmə Tehranda küçədə rəqs edən gənclərin videosu yayıldıqdan sonra cütlüyə 10,5 il həbs cəzası verib. Onlar yalan məlumat yaymaqda, milli təhlükəsizliyə xələl gətirmək üçün toplaşmaqda və sui-qəsddə ittiham olunublar.
 

Sfera.az bildirir ki, 20 yaşlı Astijah Hagigi və nişanlısı Əmir-Məhəmməd Əhmədi noyabrın 1-də Tehranda Azadi (Azadlıq) Qülləsi qarşısında rəqs edərkən çəkilən videonun yayılmasından sonra həbs edilib. Kadrlarda qızın hicabsız rəqs etməsi İranda qadınlar üçün mövcud olan qaydalara ziddir. Təqsirləndirilən şəxslərə 10,5 il həbs, 2 il internetdən istifadə və 2 il ölkə hüdudlarından kənara çıxmaq qadağan edilib.
Bundan əlavə, jurnalistlərin sözlərinə görə, işə baxılarkən cütlüyə vəkil təyinindən imtina edilib. İran rəsmiləri bu məsələyə münasibət bildirmirlər.


Qərar İran hakimiyyətinin sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan anti-rejim etirazlarını yatırması fonunda verilib. Dekabrın 4-də İranın Baş Prokurorluğu ölkədə islami geyim qaydalarına riayət olunmasına nəzarət edən vitse-polis ləğv olunacağını bəyan etmişdi.
 

Daha sonra məlum olub ki, İran polisi ölkənin ən məşhur aktrisalarından biri, “Satıcı” filminin ulduzu Asxara Fərhadi Təranə Əlidosti həbs edib. Jurnalistlərə bildirilib ki, qadın yalan və təhrif olunmuş məzmun dərc etdiyinə, iğtişaşlara təhrik etdiyinə və İran əleyhinə hərəkatları dəstəklədiyinə görə məhkəmə qərarı ilə həbs edilib.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...