Hacı Nuran evlənir? - Özü açıqladı

Hacı Nuran evlənir? - Özü açıqladı

Bu gün doğum gününü qeyd edən aparıcı Hacı Nuran təəssüratlarını bölüşüb.

 

Sfera.az xəbər verir ki, Hacı Nuran Teleqraf.com-a açıqlamasında doğum gününü yaxınları ilə qeyd edəcəyini deyib: "Böyük hazırlıqlar yoxdur. Bu günü yaxınlarımla qeyd edəcəm. Verilişlərdə iştirak edəcəm. Doğum günümü qeyd etməyi sevirəm. Həmin gün yeganə gündür ki, sırf özünə sərf edirsən".

 

"Yaxın günlərdə evlənməyiniz haqqında xəbərlər yayılmışdı. Bu il evlənməyi planlaşdırırsınızmı" sualına cavabda aparıcı deyib: "Evlənməyin də vaxtı var. 30 yaşına qədər evləndin, yaxşı mənada dünyagörüş və fikirlər fərqli olur. Müəyyən vaxt keçəndən hərtərəfli düşünürsən. Bu, sadəcə, həyati bir məsələdir. Müəyyən həddə gəlirsən, xoşuna gəlmir yaxud nə isə... Çətin bir məsələdir, əvvəlki kimi deyil".



"Özünüzə ad gününüzdə nə arzu edirsiniz" sualımıza isə Hacı Nuran belə cavab verib:


"Xəstəlikdən uzaq, dərdsiz-problemsiz günlər arzu edirəm. Şükür Allaha dostlarım yanımdadır. Başağrısı olanda belə, sanki dünya insanın başına fırlanır. Heç kimə arzulamıram. Başqa insanların da xəstəliyini görmüşəm, özüm də xəstəlik yaşamışam. Ən yaxşı xoşbəxtlik sağlam yaşamaqdır".


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...