“Əli Mirəliyevə deyirdin, “şpaqat” aç” – Efirdə gərginlik + VİDEO

“Əli Mirəliyevə deyirdin, “şpaqat” aç” – Efirdə gərginlik + VİDEO

Aparıcı Rövşanə Ağasəfqızı və “SOY” prodakşının rəhbəri Oqtay Əliyev arasında qalmaqal yaşanıb.

 

Sfera.az yazır ki, onlar “Sabaha saxlamayaq” verilişində “Əqrəb mövsümü” serialından danışarkən mübahisə ediblər. Buna səbəb isə R. Ağasəfqızının ekran işindəki dilimizdən istifadə ilə bağlı qaydalara irad bildirməsi olub:

 

“Xoşuma gəlməyən tərəfləri söyləyəcəm, redaktor işi çox zəif, pinti idi. Ola bilər ki, rus sözləri ilə qarışdırıblar. Bu da təəssüf doğurur. Çünki dil məsələsi bizim yaralı yerimizdir. Gündəlik həyatımızda da buna qarşı çıxırıq. Televiziya bir nümunə olub. Məsələn, hamamda çimirik, onda o çılpaqlığı da efirdə göstərək? Deyirik ki, gündəlik həyatda da rus sözlərindən, “uje”dən, “davay”dan istifadə etməyək. Amma serialda verilir. Ola bilər ki, siz (Oqtay Əliyevi nəzərdə tutur, - red.) pul baxımından düşünürsünüz, biznesi fikirləşirsiz, hər məsələdə çalışırsız pul gətirsin”.

 

 

O. Əliyev isə onun fikirlərinə qarşı çıxaraq təbiilikdən yana olduğunu söyləyib: “Onlar ütülənmiş etsəydi, hamı dəyəcəkdi ki, sünidir”.

 

Bundan sonra R. Ağasəfqızı “Azərbaycan dilində təmiz danışırıqsa, ütülüdür? Biz müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Öz dilimizdə danışmalıyıq. Mənim qızım rus, ingilis dilini bilir, amma öz dilimizdə təmiz danışır. Dilçilər dilimizin mükəmməlliyi uğrunda çalışırlar. Mən danışıram, rus sözlərindən istifadə etmirəm. Ütülü danışıram? Qətiyyən. Öz dilimdə danışıram. Gözəl rejissor işi var idi. Bilmirəm, reytinq niyə yoxdur. Biz benzin doldurma yerinə də gedəndə baxırıq ki, ya ATV, ya da ARB-yə baxılır. Çünki əvvəldən onlar bazarı tutublar. Burda reytinqdən danışmayaq”, - deyə, vurğulayıb.

 

Prodüser də bu məsələyə biganə qalmayaraq fikirlərini səsləndirib:

 

“İTV reytinqlərə baxmayaraq çox böyük, bahalı işlər görür, keyfiyyətli işlər yaradır. Bu da onun büdcəsi ilə əlaqəlidir ki, fikirləşir, reytinq olsa, daha yaxşı olardı. Olmasa da, eybi yox. Çünki dövlət tərəfindən köməklik edilir. O ki qaldı reytinq məsələsinə, siz dediyiniz maarifləndirici verilişlər üçün xüsusi kanallar olur. Onu həmin kanallarda edin. Məsələn, Mədəniyyət TV var. Sizin verilişlə bağlı kanal rəhbərliyi deməlidir ki, bu bizlik deyil”.

 

Rövşanə Əliyevin bu münasibəti ilə də razılaşmayıb:

 

“Televiziyanı bazara çevirək? Siz bütün məqamlarda ancaq bazar düşünürsüz”.

 

Ardınca O. Əliyev  “Bazar pis yerdir? Gedirik, oradan məhsul alıb evdə bişiririk. Öz hesabına çalışan televiziyalar var ki, onlar bazar deyil. Həmin proqramları izləmək istəməyənlər digərinə baxsın. Hansılar ki, camaat baxmaq istəyir. Ona görə də kanallar bir-birindən ayrılıb”.

 

 

Gərginlik isə bu məqamdan sonra artıb. R. Ağasəfqızı O. Əliyevin illərdir reytinq üçün keyfiyyətsiz proqramlar təqdim etdiyini iddia edib:

 

“Məsələ reytinqin nəyə gedib-getməməsi deyil. Keyfiyyətsiz işə yaxşı reytinq gəlir. Əvvəldən tamaşaçıya o qədər keyfiyyətsiz məhsullar, səviyyəsiz verilişlər təqdim etdiz. İnsanları öyrəşdirdiz”.

 

Prodakşın rəhbəri aparıcının ittihamlarını cavabsız qoymayıb:

 

“Sənin də həmin verilişlərdən var idi. Sən də o proqramlardan çıxmısan. Əli Mirəliyevə deyirdin ki, “şpaqat” aç”.

 

 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...