Rusiyanın Avropaya qaz ixracı tarixi minimuma düşdü

Rusiyanın Avropaya qaz ixracı tarixi minimuma düşdü

Rusiyanın qaz nəhəngi "Qazprom"un boru kəmərləri ilə Avropaya tədarük etdiyi təbii qazın həcmi yanvarda dekabr ayı ilə müqayisədə 30 faiz azalaraq tarixdə ən aşağı səviyyəyə düşüb. 


Sfera.az xəbər verir ki, Rusiyanın Ukraynadan keçən qaz kəməri və “Türk axını” boru kəmərləri ilə Avropaya tədarük etdiyi qazın həcmi dekabrda 2,5 milyard kubmetrdən yanvarda 1,8 milyard kubmetrə qədər azalıb. 


“Qazprom”un yanvarda Avropaya orta gündəlik qaz nəqli yanvarda 81,9 milyon kubmetrdən 58,1 milyon kubmetrə qədər azalıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR